Kobaxidze: Azərbaycanla həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Region
  • 30 oktyabr, 2026
  • 10:36
Kobaxidze: Azərbaycanla həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin mühüm istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, iki ölkənin birgə həyata keçirdiyi Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Supsa neft kəməri və Cənub Qaz Dəhlizi uzun illərdir enerji resurslarının tranzitinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Kobaxidze, həmçinin Gürcüstanın Azərbaycanın iştirakı ilə "yaşıl enerji" layihəsinin inkişafında əməkdaşlıq etdiyini vurğulayıb. Layihənin məqsədi bərpaolunan enerji resurslarının Cənubi Qafqaz vasitəsilə Avropa enerji bazarına nəqlini təmin etməkdir.

Baş nazir bildirib edib ki, iki ölkə arasında əməkdaşlıq müdafiə, mədəniyyət, təhsil, kənd təsərrüfatı, səhiyyə, turizm və ətraf mühit sahələrini də əhatə edir. Gürcüstan mövcud əlaqələri gücləndirməyə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verməyə hazırdır.

O əlavə edib ki, Anakliya dərin dəniz limanı və Tbilisinin yeni beynəlxalq hava limanı layihələri gələcəkdə Gürcüstanın tranzit və logistika potensialını daha da artıracaq.

44 filmi