Baş nazir: Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq

Region
  • 21 avqust, 2025
  • 12:50
Baş nazir: Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq

Ermənistan hakimiyyəti təkcə Azərbaycanla sərhəd məntəqələrində deyil, ölkənin bütün sərhəd məntəqələrində sadələşdirmələr və yeni tənzimləmələr tətbiq etməyə hazırlaşır.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, məqsəd biznes mühitinin yaxşılaşdırılması, həmçinin ixrac, idxal və tranzitin maksimum dərəcədə asanlaşdırılmasıdır.

"Vaşinqton Bəyannaməsində bu sazişin əsaslandığı beş prinsip aydın şəkildə qeyd olunub: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq", - o qeyd edib.