Azərbaycanlı hərbçi-alim Rusiya Cərrahlarının Qurultayında iştirak edir

Region
  • 26 oktyabr, 2023
  • 04:27
Azərbaycanlı hərbçi-alim Rusiya Cərrahlarının Qurultayında iştirak edir

Oktyabrın 24-dən 26-dək Moskvada Rusiya Cərrahlarının XV Qurultayı və Moskva Cərrahlarının IX Konqresi keçirilir.

Bu barədə “Report”a Azərbaycan Hərbi Cərrahlar Cəmiyyətinin təsisçisi, ehtiyatda olan hərbi tibbi xidmət polkovniki, hazırda mülki tibb sahəsində çalışan professor həkim Kənan Yusif-zadə məlumat verib.

Onun sözlərinə görə, tədbirdə ümumi cərrahiyyənin müxtəlif sahələri üzrə mütəxəssislər iştirak edirlər:

“Tədbirin ikinci günündə, oktyabrın 25-də Spasokukotski konqresində “Hərbi-səhra cərrahiyyəsi: Ekstremal şəraitdə iş” bölməsində “Hərbi münaqişə şəraitində hərbi səhra hospitalında müxtəlif xəsarətlərin müalicəsinin təşkili” mövzusunda xüsusi hesabatla çıxış etdim. Təqdim etdiyimiz məlumatlar tədbir iştirakçılarının böyük marağına səbəb olub, onlara çoxsaylı suallar verilib”.

Həmyerlimiz çıxışı zamanı 44 günlük müharibə zamanı şəxsi heyət arasında müşahidə olunan xəsarətlər arasında müxtəlif növ PUA-ların tətbiqi nəticəsində meydana gələn xəsarətlərin üstünlük təşkil etdiyini qeyd edib. O, bildirib ki, azərbaycanlı hərbi həkimlər həmin günlərdə müasir çağırışların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

“Xüsusilə vurğulamaq yerinə düşər ki, tədbir iştirakçıları hətta general-mayor Pavel Bryusov və Sankt-Peterburqdakı Kirov adına Hərbi Tibb Akademiyasının Hərbi səhra cərrahiyyəsi kafedrasının müdiri İqor Samoxvalov və başqalarının timsalında öz hərbi səhra cərrahlarına müraciət ediblər. Əsas sual isə niyə Rusiya ordusunda 44 günlük Vətən Müharibəsi illərində Azərbaycanda olan eyni təşkilat yoxdur”.

Həkim bildirib ki, son 20 il ərzində - 2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra ölkədə tibbin və səhiyyənin bütün sahələri, o cümlədən hərbi-səhra cərrahiyyəsi çox inkişaf edib.

Qeyd edək ki, K.Yusif-zadə Moskvaya Qurultayın sədri, Rusiya Elmlər Akademiyasının üzvü, akademik, tibb elmləri doktoru, Rusiya Cərrahları Cəmiyyətinin rəhbəri Aleksandr Şabunin tərəfindən dəvət olunub.