Azərbaycanın Tehrandakı səfiri Ərdəbil valisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Region
  • 14 noyabr, 2025
  • 10:40
Azərbaycanın Tehrandakı səfiri Ərdəbil valisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ərdəbil əyalətinin valisi Məsud İmami ilə Tehranda görüşdə ikitərəfli əlaqələrin inkişafına dair məsələləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.

Məlumata görə, Məsud İmami "Ərdəbil vilayətində asan investisiya" yanaşmasını həyata keçirmək məqsədi ilə görüşdə xarici investisiyaların cəlb olunması üçün vilayətin turizm, kənd təsərrüfatı, mədən və sənaye potensialını təqdim edib.

Bildirilib ki, Ərdəbil valisi İmami səfir Əli Əlizadə ilə görüşdə tərəflər tarixi və mədəni əlaqələrdən danışaraq, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfərində qəbul edilmiş qərarların tam icrasına vurğulayıblar.

Görüşdə nəqliyyat və yolların tikintisi sahəsində ikitərəfli əməkdaşlıq, ortaq mədəni və ədəbi tədbirlərin keçirilməsi, həmçinin iki ölkənin gömrük problemlərinin həlli məsələləri müzakirə edilib.

Görüşün əsas məqamlarından biri Ərdəbillə Azərbaycan şəhərlərindən biri arasında qardaşlaşma müqaviləsinin imzalanmasına razılıq verilməsi olub.

Ərdəbil valisi vilayətin turizm, kənd təsərrüfatı və enerji sahəsindəki geniş imkanlarını qeyd edərək, Azərbaycan səfirini Ərdəbildə keçiriləcək Beynəlxalq İnvestisiya Forumuna dəvət edib.

Bu görüşün sonunda tərəflər Ərdəbil və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın yeni mərhələsinin başlanması üçün danışıqların davam etdirilməsi və əldə edilmiş razılaşmaların təqib olunmasını vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti