Azərbaycan və Rusiya enerji əməkdaşlığı üzrə işçi qrupu yaradacaq

Region
  • 08 iyun, 2015
  • 16:50
Azərbaycan və Rusiya enerji əməkdaşlığı üzrə işçi qrupu yaradacaq

Bakı. 8 İyun. REPORT.AZ/ Rusiya ilə Azərbaycan energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə məşğul olacaq yüksək səviyyəli işçi qrupu yaradacaq.

"Report"-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Moskvada keçirilən brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakov, qeyd edib: "Energetika sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi ilə hazırda hökumətlərarası komissiya çərçivəsində xüsusi olaraq yaradılan yüksək səviyyəli işçi qrupu məşğul olacaq".

44 filmi