Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri "Sülh mümkündür" adlı müzakirədə iştirak ediblər

Region
  • 23 oktyabr, 2025
  • 14:52
Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri Sülh mümkündür adlı müzakirədə iştirak ediblər

Azərbaycan və Ermənistanın İtaliyadakı səfirləri Rəşad Aslanov və Vladimir Karapetyan "Festival della Diplomazia" klubunun rəhbəri Corco Bartolomuççinin dəvəti ilə keçirilən "Sülh mümkündür" adlı müzakirədə iştirak ediblər.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İtaliyadakı səfirliyindən bildirilib.

Müzakirədə İtaliyanın müxtəlif universitetlərindən 150-yə yaxın alim və tələbə iştirak edib.

Azərbaycan və Ermənistan səfirləri regionda sülhün qurulmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıblar.

V.Karapetyan Vaşinqton razılaşmalarına toxunaraq qeyd edib ki, regionda sülhün bərqərar olması bir daha nəzərdən keçirilməməli olan reallıqdır.

Müzakirənin moderatoru Roma merinin diplomatik müşaviri Fabio Sokoloviç olub.

Son xəbərlər

Bütün Xəbər Lenti