Azərbaycan şirkətinin iştirakı ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb

Region
  • 19 iyul, 2022
  • 11:05
Azərbaycan şirkətinin iştirakı ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Türkmənistan Aşqabadda keçirilən “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf” konfransı çərçivəsində əməkdaşlığı gücləndirir.

“Report” bu barədə türkmən mətbuatına istinadən xəbər verir.

Konfrans çərçivəsində "Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı" ASC-nın baş direktoru Rəşad Daşdəmirov və “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Ruslan Akçurin türkmənistanlı rəsmilərlə görüşlər keçiriblər.

Tədbir çərçivəsində Türkmənistanın “Bir Kuwwat” şirkəti ilə "Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı" və “Caspian Logistics Solutions” şirkəti arasında üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Üstəlik, Türkmənistanın Nəqliyyat və Logistika Mərkəzi ilə “Caspian Logistics Solutions” şirkəti arasında Anlaşma Memorandumuna imza atılıb. 

44 filmi