Azərbaycan 20 iranlı məhbusu ölkəsinə ekstradisiya edib
Region
- 23 iyun, 2021
- 12:01
Azərbaycanda həbsdə olan 20 iranlı məhbus bu gün Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub.
“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Diplomat ekstradisiya olunan iranlı məhbuslardan 9-nun qadın olduğunu bildirib.
Seyid Abbas Musəvi qeyd edib ki, ekstradisiya Azərbaycan və İran arasında məhbusların mübadiləsi üzrə dövlətlərarası razılaşma çərçivəsində həyata keçirilib və ekstradisiya olunan şəxslər məhbusluq həyatının qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.
Onun sözlərinə görə, Azərbaycanda hazırda təxminən 200 iranlı məhbus var. Onlar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.
Son xəbərlər
02:40
İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan olub
Digər ölkələr02:15
Meksikada təyyarə qəzasında altı nəfər həlak olub - Yenilənib
Digər ölkələr01:55
ABŞ Prezidenti bu yaxınlarda rusiyalı həmkarı ilə danışıb
Digər ölkələr01:33
Türkiyədə 30 terror aktının qarşısı alınıb - Əli Yerlikaya hesabat verib
Region01:23
ABŞ Latın Amerikasındakı narkotik kartellərinə qarşı quru hücumlarına başlayacaq
Digər ölkələr01:01
Tramp Ukrayna ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr00:24
Foto
Hacıqabulda ağır yol qəzası baş verib, ölən var
Hadisə00:20
KİV: ABŞ ilə Ukrayna arasında növbəti danışıqlar raundu Mayamidə baş tuta bilər
Digər ölkələr23:50