Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək
Region
- 14 aprel, 2016
- 07:30
Bakı. 14 aprel. REPORT.AZ/Avropa Şurasının baş katibi Turbyorn Yaqland mayın əvvəlində Gürcüstana səfər edəcək. "Report"un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, baş katib Avropa Şurasının 2016 - 2019-cı illərdə Gürcüstanla bağlı yeni fəaliyyət planının təqdimat mərasimində iştirak edəcək.
Tədbir mayın 9-da başlayacaq. Səfərdən öncə baş katib Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə Strasburqda görüşərək, Avropa Şurası ilə əməkdaşlıq və ölkənin ərazi bütövlüyü məsələsini müzakirə edib.
Qeyd edək ki, bu,Turbyorn Yaqlandin Gürcüstana ilk səfəri deyil. O, 2010-cu ilin iyulu və 2016-cı ilin fevralında da Tbilisiyə səfər edib. Gürcüstan 1999-cu il aprelin 27-də şuraya üzv qəbul edilib.
Son xəbərlər
08:08
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
Digər ölkələr07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Region07:14
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
Region06:57
"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
Digər ölkələr06:40
PSJ "Park de Prens"dəki qazonun vəziyyətinə görə 150 min avro cərimələnib
Futbol06:12
"Süleymançılar" dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
Region05:40