ATƏT sədri: Ermənistan və Azərbaycan arasında sülhə doğru atılan addımları alqışlayırıq
- 14 oktyabr, 2025
- 13:00

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün atılan addımları, xüsusən də avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmanı alqışladığını bildirib.
"Report"un məlumatına görə, o, bunu İrəvanda bəyan edib.
Təşkilat tərəfləri sabit sülhü təmin etmək üçün sülh sazişi imzalamağa və münasibətləri normallaşdırmağa çağırır.
"Biz Azərbaycanla sülhə nail olmaq istiqamətində atılan mühüm addımları, xüsusilə avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmanı alqışlayırıq. Həmçinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti alqışlayıram", - o bildirib.
E.Valtonen, bu prosesin dekabrın 1-dək başa çatacağına ümid etdiyini ifadə edib.
Onun sözlərinə görə, ATƏT Ermənistanla onun maraq dairəsinə daxil olan sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır: "Mövcud sülh prosesini möhkəmləndirmək, artıq atılmış ümidverici addımların davamlılığını təmin etmək çox vacibdir".