ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb

Region
  • 31 avqust, 2017
  • 12:10
ATƏT-in Yerevan ofisi fəaliyyətini dayandırıb

Bakı. 31 avqust. REPORT.AZ/ ATƏT-in Yerevandakı ofisi bu gündən etibarən fəaliyyətini dayandırıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ATƏT-in Yerevandakı ofisinin bağlanması 2016-cı ildə Almaniya, 2017-ci ildə isə Avstriya sədrliyinin mandatın uzadılması məsələsi ilə bağlı yaranmış vəziyyətdən çıxış yolu tapılması üçün aylardır davam edən danışıqların nəticəsiz qalmasının təzahürüdür.