Astanada Türk dünyası ölkələrinin Beynəlxalq incəsənət festivalı başlayıb

Region
  • 24 noyabr, 2025
  • 10:05
Astanada Türk dünyası ölkələrinin Beynəlxalq incəsənət festivalı başlayıb

Astanada (Qazaxıstan) noyabrın 24-ü ikigünlük "Әлем әуені" ("Melody of the World") Beynəlxalq incəsənət festivalı başlayıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbir Astana Akimatı və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkil olunub.

Tədbirin bugünkü proqramına "Root and Sound: türk musiqi alətlərinin hazırlanma ənənəsi və müasir həllər" adlı elmi simpozium daxildir. Burada musiqi irsinin qorunması, sənətkarlıq metodlarının inkişafı və müasir akustik texnologiyaların tətbiqi məsələləri müzakirə olunur.

Simpoziumda Türk dünyası ölkələrindən tanınmış musiqişünaslar, tədqiqatçılar və ustalar iştirak edirlər.

Azərbaycanı festivalda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü İmina Əliyeva təmsil edir.

Tədbir, həmçinin yeni İncəsənət Muzeyində praktik ustad dərsləri keçirilməsini də əhatə edir. Burada iştirakçılar musiqi alətlərinin hazırlanma prosesini izləyə və interaktiv sessiyalarda iştirak edə biləcəklər.

Festivalın məqsədi elmi və yaradıcı mübadiləni inkişaf etdirmək, mədəni əlaqələri gücləndirmək və türk dünyasının musiqi irsini populyarlaşdırmaqdır.

Son xəbərlər

Bütün Xəbər Lenti