Astana, Aşqabad və Pekin nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edib

Region
  • 19 noyabr, 2025
  • 16:30
Astana, Aşqabad və Pekin nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edib

Qazaxıstan, Türkmənistan və Çin "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsini müzakirə edib.

"Report"un "Qazaxıstan Dəmir Yolları"na istinadən xəbər verir ki, qurumun rəhbərliyinin Çinə işgüzar səfəri çərçivəsində nümayəndə heyəti Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammet Axməmmədov və Çin Kommunist Partiyasının Tszinxua şəhər partiya komitəsinin katibi Çju Çunle ilə görüşüb.

"Tərəflər "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərini müzakirə ediblər. Multimodal daşımalar və logistika marşrutlarının inteqrasiyası sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib", - məlumatda bildirilib.

"Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin sədri Talqat Aldıbergenovun Sian meri Ye Nyupin ilə görüşündə nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi, yük daşımalarının həcminin artırılması və beynəlxalq marşrutların gücləndirilməsi məsələləri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) koordinasiya müzakirə edilib.

Eyni zamanda, "Qazaxıstan Dəmir Yolları", Azərbaycan və Gürcüstan dəmir yolları, Sian şəhər meriyası və Türkiyə dəmir yollarının nümayəndələri arasında dördtərəfli görüş keçirilib.

"İştirakçılar TBNM-in inkişafına sadiqliyini təsdiq edərək, infrastrukturun təkmilləşdirilməsi, logistika proseslərinin rəqəmsallaşdırılması və yük axınlarının koordinasiyası üzrə birgə addımlar barədə razılığa gəliblər", - məlumatda qeyd olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti