Antalyada Türkiyə, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Region
  • 18 noyabr, 2017
  • 05:43
Antalyada Türkiyə, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşü keçiriləcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Antalya şəhərində Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. 

“Report” "Anadolu" istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu noyabrın 19-da rusiyalı həmkarı Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə bir araya gələcək.

Qeyd edək ki, görüş Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya böhranına dair noyabrın 22-də Soçi şəhərində keçiriləcək üçtərəfli Zirvə toplantısına hazırlıq məqsədi daşıyır.