Antalyada turistləri daşıyan avtobus aşıb, 18 nəfər yaralanıb

Region
  • 29 oktyabr, 2017
  • 07:43
Antalyada turistləri daşıyan avtobus aşıb, 18 nəfər yaralanıb
Anadolu

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin kurort bölgəsi olan Antalyada turistləri daşıyan avtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Antalyadan Konyaya gedən tur mikroavtobusunda 18 yapon turist olub.

Yol-nəqliyyat hadisəsi Akseki qəzasında baş verib. Hadisə yerinə "təcili yardım" briqadaları cəlb olunub.