​Ankarada Yeni il gecəsi partlayış törətmək istəyən iki terrorçu tutulub

Region
  • 30 dekabr, 2015
  • 09:58
​Ankarada Yeni il gecəsi partlayış törətmək istəyən iki terrorçu tutulub

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada keçirilən aniterror əməliyyatı nəticəsində iki intiharçı-terrorçu tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Ankara Prokurorluğu məlumat yayıb.

Məlumata görə, onlar Yeni il gecəsi Ankaranın Qızılay meydanında partlayış törətməyi planlaşdırırmışlar.

Prokurorluğun məlumatına görə, onlar Türkiyəyə Suriyadan keçiblər.