Ankarada törədilən terrorda ölənlərin sayı 95-ə çatıb

Region
  • 10 oktyabr, 2015
  • 20:55
Ankarada törədilən terrorda ölənlərin sayı 95-ə çatıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ötən gün Ankarada dəmiryol vağzalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 95-ə, yaralıların sayı isə 246 nəfərə çatıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumatı Hökümət nəzdində qurulan Koordinasiya Mərkəzi açıqlayıb.

Hadisə nəticəsində yaralanan 246 nəfərdən 48-inin vəziyyətinin ağır olduğu bildirilir.