Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur

Region
  • 01 oktyabr, 2025
  • 12:55
Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur

Bu gün Türkiyənin paytaxtı Ankarada islam ölkələrinin statistika sahəsində əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bununla əlaqədar Ankarada İslam Əməkdaşlıq Təşkilatı Statistika Komissiyasının (OIC-StatCom) 14-cü sessiyası keçirilir.

İslam Ölkələri üzrə Statistika, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzində (SESRIC) keçirilən müzakirələrdə Azərbaycanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Tədbir Qurani-Kərimdən ayələrin oxunması ilə açılıb, daha sonra İslam ölkələri arasında statistika sahəsində əməkdaşlığın vəziyyəti və dərinləşdirilməsi yolları ətrafında müzakirələr aparılıb. Beynəlxalq təşkilatların, o cümlədən İslam İnkişaf Bankının nümayəndələri sessiya iştirakçıları qarşısında çıxış ediblər.

Qeyd edək ki, üç gün davam edəcək tədbirin gündəliyinə İƏT-StatCom-un 2026-2030-cu illər üçün Fəaliyyət Planına baxılması da daxil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti