Ankara və Stokholm arasında İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq müzakirə olunub
- 19 mart, 2024
- 22:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə və İsveçin xarici siyasət idarələri arasında İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq müzakirə olunub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti bildirib.
“Xarici işlər nazirimizin müavini səfir Burak Akçapar İsveçin xarici işlər üzrə dövlət katibi səfir Yan Knutsson ilə görüşüb. Görüşdə NATO-nun Vilnüs Sammiti çərçivəsində qərara alınmış və Türkiyə ilə İsveç arasında nazirlər səviyyəsində qurulması nəzərdə tutulmuş İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq və regional məsələlər müzakirə edilib”, – nazirlik diqqətə çatdırıb.
Xatırladaq ki, ötən ilin iyulunda İsveçin xarici işlər naziri Ulf Kristersson (hazırda baş nazirdir) ölkəsinin Türkiyə ilə əməkdaşlıq formatında yeni ikitərəfli təhlükəsizlik dialoqu quracağını açıqlamışdı.