Angela Merkel: "Bu il İstanbulda Suriya sammiti keçirilə bilər"

Region
  • 29 iyun, 2019
  • 08:29
Angela Merkel: Bu il İstanbulda Suriya sammiti keçirilə bilər

"İstanbul prosesi (Almaniya, Türkiyə, Rusiya, Fransa) çərçivəsində növbəti Suriya sammitinin bu il keçirilməsi nəzərdə tutulur".

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Osakada bildirib.

“Bu gün Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli danışıqlarım olub. Daha əvvəl söhbət açdığımız Minsk prosesində başqa il ərzində Ərdoğan, Putin, Makron, Merkellə İstanbul formatını da davam etmək istədiyimizi əsas götürmək lazımdır. Biz İdlibdə və ətrafındakı vəziyyətdən, qaçqınlarla bağlı vəziyyətdən xəbərdar olmaq istəyirik”, - deyə Almaniya hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, Suriyaya dair son İstanbul sammiti 2018-ci il oktyabrın 27-də keçirilib.

44 - Tezliklə