Amerika İranla bağlı nüvə sazişini dəyişmək niyyətindədir

Region
  • 06 yanvar, 2018
  • 00:52
Amerika İranla bağlı nüvə sazişini dəyişmək niyyətindədir

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ Administrasiyası prezident Donald Trampın vədinə əməl etmək və İranın nüvə proqramı üzrə birgə ətraflı fəaliyyət planında dəyişikliklər etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson cümə günü dərc olunan "Associated Press"ə müsahibəsində deyib.

"Prezident bildirdi ki, onu (İranın nüvə proqramı üzrə saziş – red.) ya dəyişməyə, ya da ləğv etməyə hazırlaşır. Hazırda biz onun vədinə əməl etməyə və onu düzəltməyə çalışırıq", - deyə dövlət katibi söyləyib.

Onun sözlərinə görə, bunun üçün lazım olan dəyişikliklər ölkə qanunvericiliyinə gələn həftə edilə bilər.

44 - Tezliklə