Altı ölkənin nümayəndələri İranda Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər
Region
- 12 dekabr, 2025
- 01:58
Pakistan, Çin və Rusiya da daxil olmaqla, altı ölkənin nümayəndələri ilə görüş gələn həftə İranda keçiriləcək və tərəflər Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqayi qurumun "Telegram" kanalında məlumat verib.
"İran İslam Respublikası qonşu ölkələrdə təhlükəsizlik və sabitliyə xüsusi əhəmiyyət verir və bu baxımdan region ölkələri arasında gərginliyi azaltmaq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün bütün səylərini göstərəcək", - o qeyd edib.
Bəqayinin sözlərinə görə, bu görüş gələn həftə Tehranda Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyadan olan Əfqanıstan üzrə xüsusi nümayəndələrin iştirakı ilə baş tutacaq.
Son xəbərlər
06:58
"Reddit" uşaqlara sosial şəbəkəni qadağan edən Avstraliya hökumətini məhkəməyə verəcək
Digər ölkələr06:39
Foto
Daimi nümayəndə: Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırır
Xarici siyasət06:25
ABŞ maliyyə naziri: Çinin süni intellekti "Qızıl günbəz"i keçsə, o mənasını itirəcək
Digər ölkələr06:03
Tramp ABŞ-nin İrana yeni zərbə endirmə ehtimalını istisna etməyib
Digər ölkələr05:48
"Terraform Labs" kriptovalyuta startapının həmtəsisçisi ABŞ-də 15 il həbs cəzasına məhkum edilib
Digər ölkələr05:23
Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb
Digər ölkələr04:57
Tailand Kralı Nümayəndələr Palatasını buraxıb
Digər ölkələr04:29
"Reuters": Avropa Komissiyası 150 milyard avro məbləğində ikinci hərbi investisiya proqramı hazırlayır
Digər ölkələr03:58