Almaniya XİN başçısı: "Ukraynada diplomatik fəaliyyətimiz davam edir"

Region
  • 24 yanvar, 2022
  • 10:00
Almaniya XİN başçısı: Ukraynada diplomatik fəaliyyətimiz davam edir
Annalena Berbok

“Almaniyanın Ukraynadakı diplomatik missiyası fəaliyyətini davam etdirir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Onun sözlərinə görə, Almaniyanın Ukraynadakı səfirliyinin əməkdaşlarının təhlükəsizliyi prioritetdir.