Ali Radanın deputatı: Bizim "qırmızı xətti"miz Ukraynanın ərazi bütövlüyüdür
- 01 may, 2025
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Rusiya ilə danışıqlar aparmağa hazır olduğunu çoxdan bəyan edib.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı, Silahlı Qüvvələrin zabiti Lyüdmila Buymister bildirib.
“Rusiyanın özü tərəfindən elan edilmiş atəşkəsin Pasxa bayramlarında yenə də onların özü tərəfindən pozulması bizim günahımız deyil. Buna görə də mən Rusiyanın bu müharibəni bitirmək istəyinə inanmıram”, - deputat vurğulayıb.
“Rusiya hələ də Ukraynadan Krımı və işğal etdiyi bütün əraziləri tanımağı tələb edir. Amma cənablar, bizim konstitusiyamız var və bizim "qırmızı xətti"miz Ukraynanın ərazi bütövlüyüdür. Lakin Rusiya Federasiyasının bu məsələdə mövqeyində heç bir dəyişikliyini görmürük. Bundan əlavə, amerikalı dostlarımız və həmkarlarımız Kremlin yalan danışdığını başa düşürlər", - deputat əlavə edib.