Aleksandr Lukaşenko: "KTMT-də qeyri-sağlam ab-hava yaranıb"
- 05 mart, 2019
- 10:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, o cümlədən bu quruma baş katib təyinatı ilə bağlı yaranmış qeyri-sağlam ab-havadan narahatlığını ifadə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı inteqrasiya qurumlarında iştirak etmək və Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə həsr olunan müşavirədə sözügedən mövzuya toxunub.
O deyib: “Dünyada hərbi-siyasi cərəyanlar nəzərə alınsa, bu qurumun zəruriliyi şübhə doğurmur. Amma hazırda KTMT ətrafında qeyri-sağlam vəziyyət yaranıb. Elə, təkcə baş katibin təyinatı məsələsini xatırlayın”.
Belarus Prezidenti diqqətə çatdırıb ki, dünyadakı ümumi hərbi-siyasi cərəyanlar nəzərə alınsa, əsas səylər göstəriləcək ən mühüm istiqamət KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlıqdır".