Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb, məhdudiyyətlərin siyahısını genişləndirib

Region
  • 29 yanvar, 2024
  • 12:19
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb, məhdudiyyətlərin siyahısını genişləndirib

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı sanksiyaları 6 ay, yəni 2024-cü il iyulun 31-dək uzadıb.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Aİ həmçinin sanksiyalar siyahısını da genişləndirib. “Təhlükəsiz İnternet Liqası” və onun rəhbəri Yekaterina Mizulina siyahıya daxil edilib.