AFAD: "Aralıq dənizində 4,2 maqnitudada zəlzələ olub"

Region
  • 16 iyun, 2023
  • 19:45
AFAD: Aralıq dənizində 4,2 maqnitudada zəlzələ olub

"Bu gün axşam saatlarında Aralıq dənizində 4,2 maqnitudada zəlzələ olub".

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Yerin təxminən 6 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində heç bir mənfi hadisə qeydə alınmayıb.