Adanada mikroavtobus avtomobillə toqquşub, 9 nəfər yaralanıb

Region
  • 04 fevral, 2023
  • 02:59
Adanada mikroavtobus avtomobillə toqquşub, 9 nəfər yaralanıb

Türkiyənin Adana şəhərinin Ceyhan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

“Report” DHA-ya istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin toqquşması nəticəsində 9 nəfər yaralanıb.

Bildirilib ki, zərbənin gücündən işçiləri daşıyan mikroavtobus aşıb. Yaralanan sərnişinlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə