ABŞ rəsmisi: "Türkiyə “S-400” alsa, “Patriot” təklifinə xitam veriləcək"
Region
- 07 fevral, 2019
- 13:18
Bakı. 7 fevral. REPORT.AZ/ "Türkiyə Rusiyadan “S-400” raket sistemlərini alsa, “Patriot” raketlərini əldə etmək şansını itirmiş olacaq".
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu ABŞ hökumətinin adı çəkilməyən yüksək vəzifəli nümayəndəsi Vaşinqtonda Türkiyə nümayəndə heyəti ilə aparılan danışıqların səmərəli keçdiyini qeyd edərkən bildirib.
“Türkiyə “S-400”ləri alsa, “Patriot”larla bağlı proses başa çatmış olacaq”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Xatırladaq ki, Vaşinqtonda Türkiyə-ABŞ işçi qrupu çərçivəsində Tükiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Suriyadakı vəziyyət, terrorizmlə mübarizə, müdafiə və siyasi əlaqələrə həsr olunan danışıqlar keçirilib.
Son xəbərlər
21:05
Xocavənd rayonunda buldozer minaya düşüb
Hadisə20:58
Çində "Delfin" tayfununa görə 420 mindən çox insan təxliyə edilib
Digər ölkələr20:45
Azərbaycan Prezidenti: Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq
Xarici siyasət20:41
İlham Əliyev: TRIPP layihəsi Cənubi Qafqazda təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir
Xarici siyasət20:36
Prezident: Azərbaycan-ABŞ əlaqələri 34 illik diplomatik münasibətlər tarixində ən yüksək zirvədə qərarlaşıb
Xarici siyasət20:31
İlham Əliyev: Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış sülh mühitində yaşamağa uyğunlaşır
Xarici siyasət20:31
İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb
Region20:16
Zelenski: Serbiya Ukraynaya enerji dəstəyi verəcək
Digər ölkələr20:03