ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb

Region
  • 13 dekabr, 2018
  • 00:28
ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu bəyanatla Pentaqon nümayəndəsi Şon Robertson çıxış edib.

"İstənilən tərəfin Suriyanın şimal-şərqində, xüsusilə də, Amerika hərbçilərinin ərazidə mövcud və ya ora yaxın ola biləcəyini nəzərə alaraq, birtərəfli qaydada hərbi əməliyyatlar aparması ciddi narahatlıq doğurur. Hesab edirik ki, belə əməliyyatlar yolverilməzdir", - deyə o bildirib.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin qarşıdakı günlərdə Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində əməliyyata başlamaq niyyətində olduğunu bildirib.