ABŞ Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün atdığı addımları müsbət qiymətləndirir

Region
  • 27 fevral, 2025
  • 23:28
ABŞ Rusiyanın Ukraynada müharibəyə son qoymaq üçün atdığı addımları müsbət qiymətləndirir

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynada müharibənin başa çatmasına reaksiyasını yüksək qiymətləndirib və bu məsələdə irəliləyiş olduğunu qeyd edib.

“Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Amerika lideri Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşdən əvvəl bildirib.

Tramp Rusiyanın potensial sülh sazişlərini pozmayacağına əminliyini ifadə edib:

“Düşünürəm ki, biz müsbət irəliləyiş əldə etmişik və Rusiya çox yaxşı işləyir”.