ABŞ İrana qarşı növbəti hücumu başa çatdırıb - YENİLƏNİB
- 16 iyul, 2026
- 06:00
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbə dalğasının başa çatdığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə komandanlığın X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ qüvvələri İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə obyektlərinə, raket və pilotsuz sistemlərinə, eləcə də sahil müşahidə vasitələrinə zərbələr endirib.
Vurğulanıb ki, əməliyyatın məqsədi Hörmüz boğazından keçən kommersiya gəmilərinin ekipajlarına qarşı İranın təhdid imkanlarını daha da azaltmaq olub. Bir neçə bölgədə, o cümlədən Bəndər-Abbas şəhərindəki obyektlərin məhv edilməsi üçün yüksək dəqiqlikli sursatlardan istifadə edilib.
ABŞ hərbçiləri İrana qarşı ikinci zərbə mərhələsini həyata keçirməyə başlayıblar.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib: "ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00 - Qeyd) ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin ikinci dalğasına başlayıb. Zərbələr Hörmüz boğazından sərbəst şəkildə keçən gəmilərə qarşı təhdid yaratmaq üçün istifadə edilən İranın hərbi obyektlərini hədəf alır".
Qeyd olunub ki, əməliyyatın əsas məqsədi İranın dəniz nəqliyyatına qarşı istifadə etdiyi hərbi imkanların zəiflədilməsidir.