ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

Region
  • 02 sentyabr, 2026
  • 20:49
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

ABŞ-nin İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi bildirib.

"Ötən gecə ölkənin müxtəlif vilayətlərinə edilən hücumlarda 18 nəfər ölüb və 108 həmvətənimiz yaralanıb", - o bildirib.

Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.