ABŞ-nin Əhvaza hücumu nəticəsində ölən və yaralananlar var

Region
  • 24 iyul, 2026
  • 06:43
ABŞ-nin Əhvaza hücumu nəticəsində ölən və yaralananlar var

ABŞ ordusunun İranın Əhvaz şəhərinin ətraf ərazilərinə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 5 sakin yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi hədəflərinə növbəti gecə zərbələrini endirib. Son hücumdan öncə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur ABŞ-nin aviazərbələri başlayandan bəri 629 nəfərin yaralandığını, 55 iranlının isə həlak olduğunu açıqlayıb.

44 - Tezliklə