ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir

Region
  • 11 iyun, 2026
  • 04:41
ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir

Ticarət gəmiləri Hörmüz boğazından keçməyə davam edir.

"Report" xəbər verir ki, bu açıqlama ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilib.

Bundan əlavə, Komandanlıq Hörmüz boğazında heç bir Amerika gəmisinin vurulmadığını bildirib.

Qeyd edək ki, İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahı ABŞ-nin təkrar hücumlarından sonra, Hörmüz boğazını bütün növ gəmilər üçün bağlandığını bəyan edib.