ABŞ-ın xüsusi nümayəndəsi İstanbulda Əfqanıstan məsələsini müzakirə etdi
- 27 mart, 2021
- 23:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə prezidentinın mətbuat katibi İbrahim Kalın ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzadın başçılıq etdiyi Amerika nümayəndə heyəti ilə danışıqlar aparıb.
Bu barədə "Report" “Anadolu” agentliyinə istinadən xəbər verir.
Tərəflər Əfqanıstandakı mövcud vəziyyəti, həmçinin bu ölkədə sülh nizamlanması üzrə konfransa hazırlığı müzakirə edib.
Türkiyə və ABŞ rəsmiləri İstanbul görüşünün Dohada Əfqanıstan üzrə dialoq prosesinə töhfə və bu ölkədəki sülh prosesinə yeni təkan verəcəyinə ümidlərini ifadə ediblər.
İki ölkənin rəsmiləri Əfqanıstanda davamlı sülhün yalnız hərtərəfli və möhkəm siyasi nizamasalma halında mümkün olması qənaətinə gəliblər.
Türkiyə rəsmisi vurğulayıb ki, Əfqanıstanda sabitlik bütün regionda sülhə və çiçəklənməyə imkan yaradacaq. Kalın qeyd edib ki, rəsmi Ankara bundan sonra da əfqan xalqına dəstək verəcək.