ABŞ-ın vitse-prezidenti Türkiyənin baş nazirinə zəng edib

Region
  • 09 iyun, 2016
  • 09:46
ABŞ-ın vitse-prezidenti Türkiyənin baş nazirinə zəng edib

Bakı. 9 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, C.Bayden iyunun 7-də İstanbulda, növbəti gün isə Mardində törədilmiş terror aktlarında həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, yaralananlara Allahdan şəfa diləyib.

Qeyd edək ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə olub.  

44 - Tezliklə