ABŞ-ın dövlət katibi Rusiya prezidenti ilə görüşəcək
Region
- 12 may, 2015
- 06:54
Bakı. 12 may. REPORT.AZ/ Bu gün Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə Soçidə görüşəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib ki, görüşdə bir sıra məsələlər müzakirə ediləcək.
Dövlət Departamentinin təmsilçisi Meri Harfın sözlərinə görə, Con Kerinin Rusiya prezidenti ilə görüşündə İran, Suriya və Ukrayna ilə bağlı məsələlərin də müzakirə edəcəyi planlaşdırılıb.
Qeyd edək ki, amerikalı diplomat rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcək.
Soçidən sonra Con Kerri NATO-nun tədbirinə qatılmaq üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək.
Son xəbərlər
12:39
"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur
İnfrastruktur12:37
Moldova XİN vətəndaşları Rusiyaya səfər etməməyə çağırıb
Digər ölkələr12:34
MİDA-nın mənzillərinin satışı üçün 276 milyon manata yaxın kredit verilib
Maliyyə12:28
"Çelsi" Maksens Lakruanın transferini yekunlaşdırmaq üzrədir
Futbol12:27
Foto
Azərbaycan və Rusiya aqrar sahədə əməkdaşlığı müzakirə edib
ASK12:19
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Ekologiya12:17
Azərbaycan düyü idxalına çəkdiyi xərci 22 %-dən çox azaldıb
Biznes12:11
Dövlət ittihamçısı Anar Məmmədlinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə12:05