​ABŞ-ın baş kəşfiyyatçısı: "İŞİD Türkiyəyə 30 silahlı göndərib"

Region
  • 29 iyun, 2016
  • 06:59
​ABŞ-ın baş kəşfiyyatçısı: İŞİD Türkiyəyə 30 silahlı göndərib

Bakı. 29 iyun. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşması Türkiyəyə 30 silahlı göndərib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İstanbulun Atatürk hava limanında törədilən terror aktlarına münasibət bildirərkən deyib. 

Qeyd edək ki, iyunun 16-da Senatın Kəşfiyyat üzrə Komitəsindəki çıxışında Con Brennan terrorçu İŞİD qruplaşmasının öz silahlıları və tərəfdarları vasitəsi ilə Qərb ölkələrində terror aktları törədəcəyini söyləmişdi.

O, İŞİD-in Qərb ölkələrində terror hücumları təşkil etməsi üçün istifadə edəcəyi potensial silahlılarının olduğunu bildirmiş, bu terrorçu qruplaşmanın Qərb dövlətlərinə adamlarını qaçqın və ya adi turist kimi göndərə biləcəyini vurğulamışdı.

44 - Tezliklə