ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağrılıb

Region
  • 09 oktyabr, 2017
  • 10:24
ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağrılıb
ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett
Getty İmages. Pool

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsi müzakirə olunub.

Müvəqqəti işlər vəkilindən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.