ABŞ İranın Çabahar limanını sanksiya siyahısından çıxardıb

Region
  • 06 noyabr, 2018
  • 20:42
ABŞ İranın Çabahar limanını sanksiya siyahısından çıxardıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını anti-İran sanksiyalarının siyahısından çıxardıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi", - deyə idarə nümayəndəsi izah edib.

Onun sözlərinə görə, Amerika lideri Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur.

44 - Tezliklə