ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
Region
- 04 may, 2024
- 05:44
ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: “Hazırda baş verə biləcək ən yaxşı şey atəşkəsin əldə olunması və girovların azad edilməsidir. Biz HƏMAS-dan cavab gözləyirik. “Bəli” deyəcəklərinə ümid edirik”.
A.Blinkenin sözlərinə görə, indi reallıq ondan ibarətdir ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yeganə şey HƏMAS-dır: “Yəhudi dövləti üçün təhlükəsizlik təminatları olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik. Vaşinqton Təl-Əvivin təhlükəsizliyinin təmin edilməsi zərurətinə tam sadiqdir”.
Son xəbərlər
19:59
Azərbaycan tarixinin daş yaddaşı - Qafqaz Albaniyası və erməni siyasəti – ŞƏRH
Analitika19:53
"Balaca Messi" ləqəbli futbolçu "Barselona"nın maraq dairəsinə düşüb
Futbol19:42
Foto
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib
Biznes19:41
Foto
ADB ilə Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi müzakirə edilib
Maliyyə19:36
"AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək
Energetika19:32
Gürcüstan mediası İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirlərinə geniş yer verib
Xarici siyasət19:29
Almaniyada Mertsin fəaliyyətindən narazılıq rekord həddə çatıb
Digər ölkələr19:26
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Maliyyə19:22