ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb
Region
- 18 dekabr, 2018
- 20:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarəyə qarşı Maqnitski qanununa əsasən tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Konqress üzvlərinə məktubunda qeyd olunub.
Söhbət ABŞ prezidentinin bir il əvvəl imzaladığı fərmandan gedir. Həmin sənədə əsasən, ABŞ qlobal Maqnitski aktı çərçivəsində Artyom Çayka və Gülnarə Kərimova da daxil olmaqla bir sıra şəxslərə qarşı sanksiya tətbiq edib.
2017-ci ilin dekabrında siyahıya bütün dünya üzrə ümumilikdə 13 nəfərin adı, həmçinin 39 fiziki şəxs və şirkət daxil edilib.
Son xəbərlər
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region