ABŞ Əfqanıstandakı xüsusi təyinatlılarının bir hissəsini İranla sərhəddə yerləşdirib

Region
  • 06 avqust, 2018
  • 09:57
ABŞ Əfqanıstandakı xüsusi təyinatlılarının bir hissəsini İranla sərhəddə yerləşdirib

Bakı. 6 avqust. REPORT.AZ/ ABŞ xüsusi təyinatlılarını Əfqanıstanın İranla sərhəddə yerləşən Fərəh bölgəsində yerləşdirib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Radmeneş bildirib.

Onun sözlərinə görə, həmin hərbçilər Əfqanıstanın təhlükəsizlik qüvvələrinə yardım edəcək.