ABŞ Dövlət Departamenti vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib

Region
  • 26 yanvar, 2017
  • 09:28
ABŞ Dövlət Departamenti vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyənin cənub-şərq bölgəsinə səyahət etməməyi məsləhət görüb.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında xəbərdarlıq yayıb.

Məlumata görə, departament dövlət məmurlarına İstanbul və Türkiyənin cənub-şərq bölgəsinə edəcəkləri rəsmi səfərlərə məhdudiyyət qoyulmasını məsləhət görüb.

Xəbərdə bildirilib ki, qurum bu xəbərdarlığı Türkiyədə edilən terror hücumları ilə əlaqələndirib. 

44 filmi