ABŞ-da koronavirusdan ölən türklərin cənazaləri Türkiyəyə gətirilir

Region
  • 03 aprel, 2020
  • 10:28
ABŞ-da koronavirusdan ölən türklərin cənazaləri Türkiyəyə gətirilir

ABŞ-da koronavirus səbəbindən dünyasını dəyişən Türkiyə vətəndaşlarının cənazələri vətənə yük təyyarəsi ilə göndəriləcək.

Bu barədə “Report”a Türkiyənin Nyu-York şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, onların nəşi yalnız Nyu-York Aeroportundan “Turkish Cargo”nun təyyarələri ilə daşınacaq.

Qeyd edək ki, Türkiyənin 50-yə yaxın vətəndaşının koronavirus infeksiyasınınnın ən çox yayıldığı Nyu-York şəhərində öldüyü bildirilir. Onların arasında 25-30 yaşlarında gənclər də var. 

Müəllif: Vüsalə Abbasova