ABŞ Çeçenistan xüsusi təyinatlı dəstəsinə qarşı sanksiya tətbiq edib

Region
  • 16 may, 2019
  • 20:09
ABŞ Çeçenistan xüsusi təyinatlı dəstəsinə qarşı sanksiya tətbiq edib

ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistanın "Terek" operativ reaksiya xüsusi dəstəsi və beş rusiyalı, eləcə də dəstə komandiri Əbuzeyd Vismuradovu Maqnitski aktı əsasında sanksiya siyahısına daxil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin cümə axşamı yaydığı bəyanatda bildirilir.

Vismuradovla yanaşı Gennadi Karlov, Sergey Kossiyev, Ruslan Geremeyev və Yelena Trikulya da sanksiya altına düşüb.