Zakir Həsənov Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib

Qarabağ
  • 23 may, 2018
  • 14:06
Zakir Həsənov Anjey Kaspşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib
mod.gov.az

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.