Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Qarabağ
  • 07 iyul, 2026
  • 12:54
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Xocavəndə qatıdan ailələrə mənzillərin açarları təqdim olunub.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, ANAMA əməkdaşları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verib.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Daha sonra sakinlərə mənzilıərin açarları təqsim olunub.

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, bu gün Xocavənd şəhərinə 41 ailənin (163 nəfər) daimi qayıdışı təmin edilib.

Doğma ocağına dönən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.

Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, şəhərə 41 ailə (163 nəfər) köçürülür.

Bu gün doğma yurduna dönən xocavəndlilər respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir.