Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Qarabağ
  • 24 oktyabr, 2025
  • 15:12
Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Daşbulaq kəndinə köçürülən ailələrin sayı 21-ə (91 nəfər) çatıb.

Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 8 ailənin (24 nəfər) daimi qayıdışı təmin edilir.

Bununla da kəndə qayıdan ailələrin sayı 21-ə (91 nəfər) çatacaq.

Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib.

Bununlada Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti